Azərbaycan Prezidenti Türkmənistanda işgüzar səfərdədir

Oxunma vaxtı:15 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib.

Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Loading

Next Post

İlin altı ayında 28 nəfər professor adı qazanıb

2025-ci ilin I yarısında 28 nəfərə professor elmi adı verilib.Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Belə ki, ən çox elmi ad verilən sahələr texnika və iqtisadi elmlər üzrə olub. Bundan başqa, 3 nəfərə professor elmi adının verilməsinə imtina verilib.