Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.

Layihədə qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilsin.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Loading

Next Post

Məktəb direktoru vəfat etdi

Cəlilabad rayon Musalı kənd orta məktəbinin direktoru İsrail Quliyev dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Mərhumun 64 yaşında uzun sürən xəstəlikdən (xərçəng) vəfat etdiyi bildirilir. “Unikal”