Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Oxunma vaxtı:27 Saniyə


Sankt-Peterburqda “Arsenal” zavodunun yaxınlığında anqarda böyük yanğın baş verib.

Yanğın nəticəsində dörd nəfər ölüb.

Bildirilib ki, Mineralnaya küçəsindəki anqarda 8 iyun axşamı başlayan yanğın təxminən 1500 kvadrat metr sahəni əhatə edib. Yanğın 24 saat ərzində söndürülüb.

Stansiyadakı Oktyabr Dəmir Yolu infrastrukturuna ziyan dəyib. Çökmüş hasarın altında iki nəfərin, anqarda isə daha iki nəfərin meyiti tapılıb.

İki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yanğın aseton partlayışı nəticəsində baş verib. Rusiya İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması (Cinayət Məcəlləsinin 216-cı maddəsi) maddəsi ilə cinayət işi açıb.

Loading

Next Post

Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi […]