Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib

Oxunma vaxtı:35 Saniyə


Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik.

Həm Sloveniya, həm də Azərbaycan beynəlxalq sabitliyə və davamlı inkişafa sadiq qaldığı üçün inanıram ki, Avropa və beynəlxalq birlik çərçivəsində əməkdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək.

Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və yaxşı münasibətlərin qurulması istiqamətində davam edən səylərinizi yüksək qiymətləndirirəm və Sizə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Loading

Next Post

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi çempion ola bilməyib. Bununla bağlı 96 illik rekord hələ də dəyişməz qalır. DÇ-2026-da iştirak edəcək 48 komandadan 26-sına xarici baş məşqçi rəhbərlik edəcək. Bu göstərici 4 il əvvəlki turnirlə müqayisədə 26 faiz çoxdur və iştirakçı komandaların 54 faizini təşkil edir. Bəzi […]