Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri “108” Çağrı Mərkəzi ilə göstəriləcək

Oxunma vaxtı:17 Saniyə

Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətləri “108” Çağrı Mərkəzi vasitəsilə göstəriləcək.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi maliyyə vəsaiti ilə bağlı təklifləri Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.

Loading

Next Post

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

İsraillə aparılan danışıqlar zəiflik əlaməti və ya güzəşt demək deyil, əksinə bu, müharibənin sona çatdırılmasına yönəlib. Bu bəyanatı Livan Prezidenti Cozef Aun Cezzine bölgəsini təmsil edən deputatlar və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib. Livan Prezidentinin sözlərinə görə, danışıqlarda iştirak etmək qərarı hücumların dayandırılması, İsrail qoşunlarının geri çəkilməsi […]