Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib

Oxunma vaxtı:33 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Sankt-Peterburq şəhərinin “Pulkovo 3” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami Mamişev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar. 

Loading

Next Post

Azərbaycan nefti daha 5 dollar ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,98 ABŞ dolları və ya 4,25 % azalaraq 112,32 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 109,83 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]