Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Oxunma vaxtı:30 Saniyə

İsraillə aparılan danışıqlar zəiflik əlaməti və ya güzəşt demək deyil, əksinə bu, müharibənin sona çatdırılmasına yönəlib.

Bu bəyanatı Livan Prezidenti Cozef Aun Cezzine bölgəsini təmsil edən deputatlar və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Livan Prezidentinin sözlərinə görə, danışıqlarda iştirak etmək qərarı hücumların dayandırılması, İsrail qoşunlarının geri çəkilməsi və əsirlərin qaytarılması şərti ilə uzun onilliklər davam edən müharibə, ölüm və dağıntılardan sonra sülhə nail olmaq məqsədi daşıyır.

O, həmçinin Livan vətəndaşlarını bu prosesdə hökumətin yanında olmağa çağırıb.

Prezident qeyd edib ki, Hizbullah və onun tərəfdarları tərəfindən səsləndirilən etirazlara və narahatlıqlara baxmayaraq, ölkənin maraqları naminə birlik nümayiş etdirilməlidir.

Loading

Next Post

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. 1-ci Göl kənarı yolu, Ziya […]