Tramp İrana qarşı birgə əməliyyatın məqsədini açıqlayıb

Oxunma vaxtı:43 Saniyə

İsraillə birgə İrana qarşı əməliyyatın məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

“Birləşmiş Ştatlar, şübhəsiz ki, dünyanın ən böyük neft istehsalçısıdır, ona görə də neft qiymətləri artanda biz daha çox pul qazanırıq. Lakin prezident kimi mənim üçün daha böyük maraq və əhəmiyyət kəsb edən məsələ – İranın nüvə silahına sahib olmasının və Yaxın Şərqin, əslində bütün dünyanın məhv edilməsinin qarşısını almaqdır. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, – o yazıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Loading

Next Post

Müctəba Xamenei İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib

Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq. Bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib. O qeyd edib ki, ABŞ və İsrailin “daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması” ilə bağlı araşdırmalar aparılıb. “Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin […]