KİV: İsrail tankları Dəməşqə yaxınlaşıb

Oxunma vaxtı:24 Saniyə

İsrail tankları Suriya ilə sərhəd boyunca bufer zonanı keçib. Onlar Dəməşqdən təxminən 20 km məsafədə görünüb.

Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Tanklar bu həftənin əvvəlində İsrailin qoşun yerləşdirdiyi bufer zonanı keçib. Onlar Suriyanın paytaxtından 21 km məsafədə yerləşən cənub yaşayış məntəqəsi Katana yaxınlığında yerləşiblər.

İsrail Müdafiə Ordusu hələlik bu məlumatı şərh etməyib.

Daha əvvəl Ordunun mətbuat xidməti bildirmişdi ki, piyada, zirehli avtomobil və tank qoşunları müdafiə məqsədilə Suriya sərhədi boyunca, təhdidlərin qarşısını almaq üçün desantçılar bufer zonada yerləşdirilib.

Loading

Next Post

Bakıda Nazirliyin zavodunda yanğın - Rəsmi AÇIQLAMA

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib. Bu barədə MSN-in məlumatında deyilir. Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır. *** Bakının Nizami […]