Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Oxunma vaxtı:49 Saniyə

Aprelin 2-dən Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış yeni elektron tərəzilər istismara veriləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, elektron tərəzilər M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Bakı istiqaməti, S18, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Qazax istiqaməti, S19, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Bakı istiqaməti, S20, Gəncə), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Qazax istiqaməti, S21, Gəncə), R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Bakı istiqaməti, S22, Mingəçevir), eyni zamanda R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Mingəçevir istiqaməti, S23) quraşdırılacaq.

Agentlik sürcülərdən nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və oxa düşən kütlə normalarına ciddi riayət etmələrini xahiş edib.

Bildirilir ki, qaydaların pozulması hallarında inzibati məsuliyyət nəzərdə tutulur.

Loading

Next Post

Azərbaycanda maliyyə institutlarına şirkətlərin benefisiar mülkiyyətçisi barədə məlumat verilməyəcək

Nazirlər Kabineti 10 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edib.Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, Qaydadan benefisiar mülkiyyətçi (arxasında duran real sahibi) anlayışı […]