Azərbaycanda maliyyə institutlarına şirkətlərin benefisiar mülkiyyətçisi barədə məlumat verilməyəcək

Oxunma vaxtı:27 Saniyə

Nazirlər Kabineti 10 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, Qaydadan benefisiar mülkiyyətçi (arxasında duran real sahibi) anlayışı çıxarılıb, onun yerinə kommersiya hüquqi şəxslərin təsisçiləri (rəsmi qeydiyyatda olan sahib) anlayışı daxil edilib.

Beləliklə, bundan sonra, maliyyə institutlarına benefisiar mülkiyyətçi barədə deyil, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatlar veriləcək.

Loading

Next Post

Ağdamda əmək yarmarkası keçiriləcək

Ağdamda növbəti əmək yarmarkası keçiriləcək.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, aktiv məşğulluq tədbiri aprelin 3-ü saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında keçiriləcək. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı […]