Müəllimlərlə bağlı müsabiqədə qeydiyyat BAŞA ÇATIB

Oxunma vaxtı:39 Saniyə

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi yekunlaşıb.

Aprelin 4-dən başlayan prosesi artıq dayandırılıb.

Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Müsabiqə üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib.

Hazırda qeydiyyatdan keçənlərin sənədlərinə baxılır və tezliklə kimin müsabiqəyə buraxılacağına aydınlıq gətiriləcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu müsabiqə ilə digər bölgələrdən iş yerini Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna dəyişmək  mümkün deyil. İş yerini bu regionlara dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak edərək yerdəyişmə edə bilərlər.

Loading

Next Post

Ermənistan iki istiqamətdən atəşkəsi POZDU

Azərbaycan Ordusunun mövqeləri aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən atıcı silahlardan fasilələrlə atəşə tutulub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.