Emin Əmrullayev: Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb

Oxunma vaxtı:26 Saniyə

Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi (ETN) arasında ciddi əməkdaşlıqlar başlayıb.

“Mühüm məqamlardan biri də mövcud imtahan modeli və məzmununun beynəlxalq standartlara yaxınlaşmasıdır”, – nazir bildirib.

E.Əmrullayev onu da qeyd edib ki, buraxılış imtahanlarında xarici dilin məcburi fənn kimi olması, açıq tipli sualların tətbiqi və ikinci cəhdin olması mühüm dəyişikliklərdən idi.

Loading

Next Post

MM Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını təsdiqləyib

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq. Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə müvafiq qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunub. Qeyd edilib ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil […]