Ağdamda əmək yarmarkası keçiriləcək

Oxunma vaxtı:23 Saniyə

Ağdamda növbəti əmək yarmarkası keçiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aktiv məşğulluq tədbiri aprelin 3-ü saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında keçiriləcək. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Loading

Next Post

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.