Harris bu nitqi ilə Trampı geridə qoydu

Oxunma vaxtı:22 Saniyə

ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Milvaukedə keçirdiyi mitinqdən sonra rəy sorğularında Donald Trampı qabaqlayıb.

Bu barədə “Röyters” məlumat yayıb.

İctimaiyyət qarşısına ilk dəfə çıxan Harris “ya prokuror olan məni seçin, ya da hökm almış bir təqsirkarı” sözləri ilə vəziyyəti nisbətən xeyrinə dəyişib.

Bildirilir ki, yeni sorğuya görə, Harris 44%-lə 42% səs toplayan Trampı geridə qoyub. Həmçinin son 36 saatda Harrisin seçki kampaniyasına 100 milyon dollar ianə edildiyi qeyd olunub.

Loading

Next Post

Nepalda dəhşətli qəza: Təyyarə yandı, ölənlər var

Nepalın “Saurya” Hava Yolları şirkətinə məxsus təyyarə Katmandunun Tribxuvana Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və yanıb. Təyyarədə 19 nəfər olub. Xilasedicilər təyyarədən 5 nəfərin cəsədini çıxarıblar. Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb. Təyyarənin Katmandu-Pokxara reysi ilə uçduğu məlum olub. Yerli mətbuatın xəbərinə görə, təyyarədə aviaşirkətin əməkdaşları olub. Yanğınsöndürənlər və […]