Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2026-08/1787384839_screenshot-2026-08-22-114556.png[/img][/center]
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.

“Report”

Loading

Next Post

Bazar günü 40 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında […]