4 saata 160-dan çox paylaşım etdi

Oxunma vaxtı:24 Saniyə

Dekabrın 2-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp təxminən dörd saat ərzində “Truth” sosial şəbəkəsindəki səhifəsində 160-dan çox yazı dərc edib.

Bu barədə “Daily Beast” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu hal Trampda ilk dəfə baş verib.

Yazıların əksəriyyəti MAGA (“Amerikanı yenidən möhtəşəm et”) hərəkatı ilə bağlı məzmunun repostlarından, o cümlədən vloger və siyasi şərhçi Benni Consonun və radio aparıcısı Aleks Consun “Fox News” profillərindən olan paylaşımlardan ibarət olub.

Trampın bəzi yazıları rəqiblərini tənqid etməyə həsr olunub. 

Loading

Next Post

Naxçıvanda işdən çıxarılan məktəb direktoru vəzifəsinə bərpa edilib

Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib. Ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib. Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə […]