Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Oxunma vaxtı:15 Saniyə

Azərbaycan və Ekvador qarşılıqlı olaraq diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələbindən azad edir.

Bu barədə Azərbaycan və Ekvador Hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Qeyd edək ki, imzalanma Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ekvadora səfəri çərçivəsində baş tutub.

Loading

Next Post

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, SDU-nun keçmiş rektoru Rüfət Əzizov ötən il ADNSU-ya rektor təyin olunmuşdu. Bundan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetində rektor əvəzi vəzifəsini […]