Dekabrın ilk gününün havası

Oxunma vaxtı:36 Saniyə

Dekabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Loading

Next Post

Neftimiz bahalaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 dollar və ya 0,7 faiz artaraq 75,37 dollar olub. Xatırladaq ki, ötən gün neftimiz 74,84 ABŞ dollarına ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal […]