Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Livanın Baş naziri Nəvaf Salam İsrail Müdafiə Ordusunun ölkənin cənubunda “Hizbullah” qruplaşmasının infrastrukturuna hücumlarının ciddi təhlükə yaratdığını və sabitliyin möhkəmləndirilməsi səylərini sarsıtdığını bəyan edib.

Bu barədə “Ynet” portalı məlumat yayıb.

O əlavə edib ki, əgər Livan ərazisində hərbi obyektlər varsa, onların aradan qaldırılmasına görə məsuliyyət Livan ordusu və onun qanuni təsisatları vasitəsilə yalnız Livan dövlətinin üzərinə düşür.

Xatırladaq ki, daha əvvəl Yaxın Şərq mediası İsrail Müdafiə Ordusunun Livanın cənub hissəsinə zərbələr endirməsi barədə məlumat yaymışdı. İsrail ordusu daha sonra bu məlumatı təsdiqləyib.

Loading

Next Post

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, […]