Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək – XƏBƏRDARLIQ

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Goranboy, Naftalan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək təşkil edəcək.

Loading

Next Post

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Azərbaycan pasportunun dünyadakı mövqeyi, vizasız səyahət imkanları və müxtəlif regionlara çıxış səviyyəsi ilə bağlı yeni göstəricilər açıqlanıb. 34 dildə 199 ölkə üzrə pasport hesabatları yayımlayan, Amerika Birləşmiş Ştatları mərkəzli müstəqilwww.passportreports.com/tr/ platformasının məlumatlarına əsasən, Azərbaycan pasportu qlobal pasport reytinqində 110-cu yerdə qərarlaşıb. Pasportun ümumi mobillik göstəricisi 82-dir. Bu isə Azərbaycan pasportu […]