Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və oradan əldə ediləcək məlumatların dairəsi təsdiqlənib

Oxunma vaxtı:22 Saniyə

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilib.

YBaş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir.

Loading

Next Post

Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək

Martın 23-24-də Daşkənddə beynəlxalq İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək. “Report” bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. “Özbəkistan və İtaliyanın kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə martın 23-24-də Daşkənddə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma” mövzusunda beynəlxalq aqrobiznes […]