KİV: Ukraynaya 20 minədək sülhməramlı göndərilə bilər

Oxunma vaxtı:53 Saniyə

Atəşkəs əldə olunacağı təqdirdə Ukraynada yerləşdiriləcək sülhməramlı kontingentin sayı 15–20 min nəfər arasında ola bilər.

Bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

Məlumata görə, bəzi paytaxtlarda sülhməramlıların sayının 30 minə çatdırılması ehtimalı da müzakirə olunur.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Parisdə keçiriləcək “İstəklilər Koalisiya”nın görüşü zamanı Ukraynanın təhlükəsizliyinə dair konkret öhdəlikləri təqdim etməyə ümid edir. Onun sözlərinə görə, əsas məqsəd atəşkəs baş verdiyi halda sülhməramlı qüvvələrin tərkibi və yerləşdirilməsi ilə bağlı aydın mexanizmin müəyyənləşdirilməsidir.

Məlumata əsasən, hələlik hərbi planlar ictimaiyyətə açıqlanmayıb. Bununla belə, sülhməramlı qüvvələrin əsas hissəsini Fransa və Böyük Britaniyanın təmin edəcəyi gözlənilir. Bu ölkələr quru və hava komponentlərinə cavabdeh olacaqlar. Türkiyə isə Qara dənizdə nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu bildirib.

Qeyd olunur ki, mümkün sülhməramlı qüvvələrin təmas xəttinə nə qədər yaxın yerləşdiriləcəyi hələ dəqiqləşdirilməyib. “Azadlıq Radiosu”nun danışdığı əksər avropalı rəsmilər hesab edirlər ki, bu qüvvələr əsasən Ukraynanın qərbində yerləşdiriləcək və Ukrayna ordusunun dəstəklənməsi və təlimi ilə məşğul olacaqlar.

Gözlənilən missiyanın əsas məqsədi dənizdə, havada və quruda təhlükəsizliyin təmin olunması, həmçinin atəşkəs rejiminin qorunmasına töhfə vermək olacaq.(Apa)

Loading

Next Post

Qarabağ Universitetinin ilk uğuru - FOTO

Qarabağ Universiteti beynəlxalq keyfiyyət təminatı və qlobal tanınma istiqamətində mühüm nailiyyətə imza atıb. Universitetin Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” ixtisasları dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub. Bu akkreditasiya Qarabağ Universitetində hər […]