Zelenski: Əbu-Dabidə nə edəcəyimizi bilirik

Oxunma vaxtı:42 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya ilə üçtərəfli danışıqlar üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmələr apardığını bildirib.

V.Zelenski bunu jurnalistlərlə söhbəti zamanı deyib.

“Nümayəndə heyətinin rəhbəri Rustem Umerov və bütün komanda ilə danışdım. Hamı nə edəcəyini bilir. Mövzuları və arzuolunan nəticəni müzakirə etdik. Həmçinin, formatların müxtəlif ola biləcəyini müzakirə etdik”, – o bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti dialoqun gedişatına bilavasitə reaksiya verəcək, çünki bu, uzun müddətdən sonra bu formatda ilk görüşdür.

V.Zelenski danışıqlar başa çatanadək Ukrayna nümayəndə heyəti ilə daimi əlaqədə qalacağını da vurğulayıb.

Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Əbu-Dabiyə gediblər, burada Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqlar planlaşdırılıb. Müharibənin başlanğıcından bəri Ukrayna, Rusiya və ABŞ nümayəndələri hələ üçtərəfli formatda görüşməyiblər. Gözlənilir ki, danışıqlar bu axşam başlayacaq və sabah da davam edəcək.

Loading

Next Post

"Euronews" Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı video yayımlayıb

“Euronews” beynəlxalq xəbər kanalı Azərbaycanda dövlət-özəl tərəfdaşlığının (PPP) inkişafı, iqtisadi diversifikasiya, qeyri-neft sektorunun şaxələndirilməsi və bununla bağlı ölkəmizə artan beynəlxalq maraqla bağlı video yayımlayıb. İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov 2026-cı il üzrə PPP portfelinin strateji əhəmiyyətli və yüksək sosial təsirə malik 6 layihəni əhatə etdiyini nəzərə […]