Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq

Oxunma vaxtı:29 Saniyə

Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.

Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Loading

Next Post

UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"

Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü, keçmiş orta çəki üzrə çempion və şərhçi Maykl Bispinq Bakı haqqında danışıb. O, şəxsi yutub kanalında şəhər barədə təəssüratlarını bölüşüb. UFC əfsanəsi Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb. Bispinq […]