Əli Əsədov Murat Kurumla görüşüb

Oxunma vaxtı:27 Saniyə

Bu gün Baş nazir Əli Əsədov Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkil edilməsi təqdir edilib.

Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, iqlim dəyişiklikləri ilə mübarizə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) önəmi qeyd edilib.

Loading

Next Post

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

Tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladğı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində […]