Bakının tıxaclı yolları… – Siyahı

Oxunma vaxtı:45 Saniyə

Bakıda tıxac olan yollar açıqlanıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

7. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

13. Zərifə Əliyeva küçəsində;

14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Loading

Next Post

Müğənni 104 min manatını geri ala bilmir: "Sizə halal etmirəm" 

Əməkdar artist Yusif Mustafayev dostlarına verdiyi 104 min manat borcu hələ də geri ala bilməyib.Bu barədə sənətçi “Xəzər axşamı” proqramında danışıb. O, borc verdiyi pulları əziyyətlə qazandığını bildirib: “Verdiyim borcları hələ də almamışam. Dostlarımdır, amma deyirəm ki, adlarını çəkəcəyəm, qınaq obyektinə çevriləcəklər. Biz ailə dostları olmuşuq. İndi ancaq salam-sağol var. […]