Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub

Oxunma vaxtı:22 Saniyə

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb.

İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Buna baxmayaraq, ev yanaraq külə çevrilib.

Yanğın zamanı evdə xəstə olan iki nəfər yanğından xilas olunub, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb

Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Region Liqasında iştirak edən “Naxçıvan” klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub. Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman […]