Rusiyadan Azərbaycana mal daşıyan qatar aşdı – Fotolar

Oxunma vaxtı:31 Saniyə

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb. 

Hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”nun sorğusuna belə cavab verilib: “Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.(Bizim.Media)

Loading

Next Post

"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrası davam etdirilir. Layihə istiqamətində növbəti görüş 15.07.2024 tarixində Saatlı rayonunda fəaliyyət göstərən Gənclər evində keçirilib. QHT.az xəbər verir ki, Birliyin mətbuat katibi Fərid Səfərov məlumat […]