Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb

Oxunma vaxtı:34 Saniyə

Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Region Liqasında iştirak edən “Naxçıvan” klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, Region Liqasında iştirak edən “Baku TFK”nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.

Loading

Next Post

XİN: Sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir

Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb. O qeyd edib ki, tərəflər arasında birbaşa təmaslar olub: “Etimad quruculuğu istiqamətində vətəndaş cəmiyyəti nümayəndələri arasında hər iki […]