XİN: Sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir

Oxunma vaxtı:39 Saniyə

Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

O qeyd edib ki, tərəflər arasında birbaşa təmaslar olub:

“Etimad quruculuğu istiqamətində vətəndaş cəmiyyəti nümayəndələri arasında hər iki ölkədə görüş keçirilib. Noyabrda Qəbələ şəhərində Azərbaycan və Ermənistan tərəfləri arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirilib. Buna qədər yanvar və fevralda bu kontekstdə onlayn formatda görüşlər keçirilib. Həmçinin, Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmasına icazə verilib. Ancaq yekun sülh sazişi üçün qeyd etdiyimiz tələblərin icrası vacibdir”.

Nazir vurğulayıb ki, cari ildə regionda dayanıqlı sülhün bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında prosesin normallaşması mühüm irəliləyişdir.

Onun sözlərinə görə, Vaşinqton sammiti bu prosesə mühüm töhfə verib.

Loading

Next Post

Almaniya Ukraynaya növbəti dəfə hava hücumundan müdafiə kompleksini verib

Almaniya Ukraynaya sayca doqquzuncu IRIS-T hava hücumundan müdafiə raket kompleksini verib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, yüksək texnologiyalı IRIS-T raketləri sürətlə manevr edə bilir, hədəfləri həm qarşıdan, həm də təqib zamanı vura bilir və yüksək həssaslığı olan infraqırmızı başlıqlara malikdir. Onlar müasir təyyarələri vura, onların müdafiə […]