Almaniya Ukraynaya növbəti dəfə hava hücumundan müdafiə kompleksini verib

Oxunma vaxtı:38 Saniyə

Almaniya Ukraynaya sayca doqquzuncu IRIS-T hava hücumundan müdafiə raket kompleksini verib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, yüksək texnologiyalı IRIS-T raketləri sürətlə manevr edə bilir, hədəfləri həm qarşıdan, həm də təqib zamanı vura bilir və yüksək həssaslığı olan infraqırmızı başlıqlara malikdir. Onlar müasir təyyarələri vura, onların müdafiə komplekslərini aşa və həqiqi hədəfləri saxta olanlardan ayıra bilir.

Hazırda iki tip IRIS-T kompleksi istifadə olunur: SLS – kiçik əhatə dairəsi, 12 km-ə qədər məsafə, 8 km-ə qədər hündürlük və SLM – orta əhatə dairəsi, 40 km-ə qədər məsafə, 20 km-ə qədər hündürlük.

IRIS-T – müasir hava hücumundan müdafiə raket kompleksidir. Onu alman şirkəti “Diehl Defense” istehsal edir. Kompleks təyyarələri, helikopterləri, pilotsuz uçuş aparatlarını və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub.

Loading

Next Post

Milli Məclisin payız sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyası çərçivəsində dekabrın 30-da keçiriləcək son iclasının gündəliyi açıqlanıb. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda […]