Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır

Oxunma vaxtı:18 Saniyə

Laçında bərpa işləri ardıcıl olaraq Dövlət Proqramı əsasında davam edir.

Bu fikirləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Laçın şəhərinin bərpasının birinci mərhələsi başa çatıb.

“2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlayırıq. Buna uyğun olaraq, Laçın rayonu ərazisində 20-dən çox yeni məntəqənin tikintisi nəzərdə tutulur”.(Report)

Loading

Next Post

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu […]