Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.

Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər başa düşülür.

Eləcə də həmin maddəyə əsasən, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir.

Göstərilənlərə uyğun olaraq, DTX-nin həbs etdiyi B.H.R. və digərləri barədə başlanılmış cinayət işi üzrə xüsusi müsadirəni təmin etmək məqsədilə onlara məxsus olan və cinayətin predmeti olaraq aşkar edilmiş kriptovalyuta üzərinə həbs qoyulması qərara alınıb və icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldilib.

Loading

Next Post

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müsahibəni təqdim edirik. Müxbir: “Əl-Ərəbiyyə” kanalının hörmətli tamaşaçıları, Sizi Azərbaycan Respublikasının paytaxtından, gözəl Bakı şəhərindən salamlamaq istəyirik. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevdən xüsusi müsahibə götürəcəyəm. Əlbəttə, bu görüş ABŞ […]