MN: Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir:

“Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır”.

Loading

Next Post

Ərdoğan ABŞ-a gedə, Tramp Türkiyəyə gələ bilar - Hakan Fidan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəriistisna edilmir.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı da var. “Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri […]