ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur.

O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

Loading

Next Post

Mikayıl Cabbarov Energetiklər Günü ilə bağlı paylaşım edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov 20 oktyabr -Energetiklər Günü ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Nazir bildirib ki, energetiklər ölkədə enerji strategiyasının uğurla reallaşdırılmasına töhfələr verir və onların energetika sahəsinin inkişafında mühüm rolu var. “Bu strateji sahənin təmsilçilərinə təbriklərimizi çatdırır, müvəffəqiyyətlər arzulayırıq”, – deyə o qeyd edib.