“3-5 şagirdi olan məktəbin saxlanılması doğru deyil”

Oxunma vaxtı:36 Saniyə

“Hər il qəzalı məktəblərin sayı azalır. Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib:

“Bununla belə, yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin saxlanılması iqtisadi yöndən doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşdirilir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.

Loading

Next Post

Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində hərəkət 2 ay müddətinə qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması Cəngi ərazisində quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədardır. Qeyd edək ki, sözügedən yolda hərəkət qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə […]