Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Oxunma vaxtı:20 Saniyə

Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 1 saylı hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Köhnə Amankənd, Muğan, Yuxarı Ağalı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.

Loading

Next Post

Moskvadan uçan təyyarələr Özbəkistan aeroportlarında eniş edə bilməyib

Moskvadan uçan üç təyyarə duman səbəbindən Özbəkistanın Buxara və Termez şəhərlərində eniş edə bilməyib. Bu barədə “Uzbekistan airports” SC-nin mətbuat xidməti məlumat yayıb. “Buxara hava limanında əlverişsiz hava şəraiti səbəbindən Moskva-Buxara marşrutu üzrə HY9608 reysinin ekipajı Nəvaidəki ehtiyat aerodroma getmək qərarına gəlib”, – məlumatda deyilir. Eyni marşrut üzrə AFL1876 reysi […]