Türkiyəli nazir “Togg”unu özü yudu – Fotolar

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” avtomobilini özü yuyub.

Bu barədə nazir öz tviter hesabında paylaşım edib.

O, “Togg”u yuyarkən çəkilmiş fotolarını paylaşaraq “bayram təmizliyi” sözləri ilə şərh edib.

Xatırladaq ki, Türkiyənin ilk yerli elektromobili “Togg”u ilk alan şəxs ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. İkinci sifarişçi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Aprelin 4-ü “Togg” avtomobili Prezident İlham Əliyevə təqdim olunub.

Türkiyəli nazir “Togg”unu özü yudu - Fotolar
Türkiyəli nazir “Togg”unu özü yudu - Fotolar

Loading

Next Post

DYP əhaliyə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (DYP) bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurumdan  verilən məlumata görə, İdarə qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, Müqəddəs Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq. Belə ki, qeyri-iş […]