Rayonlara yağış yağacaq

Oxunma vaxtı:35 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havann temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

“Söz oyunu yaxşı nəticəyə gətirib çıxarmaya bilər”

“Rusiya KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığın tam bərpa ediləcəyinə ümid edir”. Bunu həftəlik brifinqdə çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.  Onun sözlərinə görə, Ermənistan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərə sahibdir: “Ermənistan rəhbərliyi bu cür qarşılıqlı fəaliyyətdən uzaqlaşmaq xəttində qalmağa davam […]