Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq

Oxunma vaxtı:21 Saniyə

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi ölkə ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab edilir.

Loading

Next Post

Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.