Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Oxunma vaxtı:16 Saniyə

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 22-25 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib. Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, aparılan geniş maarifləndirmə işlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar təhlükəsizlik qaydalarına laqeyd yanaşır ki, bu da ağır nəticələrə səbəb olur. Bildirilib ki, ötən gün Sabunçu rayonunun […]