“Söz oyunu yaxşı nəticəyə gətirib çıxarmaya bilər”

Oxunma vaxtı:35 Saniyə

“Rusiya KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığın tam bərpa ediləcəyinə ümid edir”.

Bunu həftəlik brifinqdə çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə, Ermənistan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərə sahibdir:

“Ermənistan rəhbərliyi bu cür qarşılıqlı fəaliyyətdən uzaqlaşmaq xəttində qalmağa davam edir ki, bu da, zənnimizcə, erməni xalqının maraqlarına ziddir. Söz oyunu yaxşı nəticəyə gətirib çıxarmaya bilər, xüsusən də nəzərə alsaq ki, region bir sıra sınaqlardan keçib”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz açıqlamasında bildirib ki, hazırkı mərhələdə Ermənistanın KTMT-də öz iştirakını dondurması qərarı kifayət edir, lakin bu o demək deyil ki, İrəvan gələcəkdə başqa qərarın verilməsini istisna edir.

Loading

Next Post

Yasamalda bu yol bağlanır

Bakının Yasamal rayonunda daha bir yol təmirə bağlanır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.  Bildirilib ki, sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə” dairəsindən “20 Yanvar” dairəsi istiqamətində) aparılacaq təmir işləri […]