Səfirlik: Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır.

Bu barədə Azərbaycanın Suriyadakı səfirliyi “X”də paylaşım edib.

“Bir il əvvəl, bu gün dünya Dəməşqin öz xalqına qayıtmasının, haqqın qanuni sahiblərinə qaytarılmasının və ədalətsizlikdən və cinayətkarlıqdan qurtuluşunun şahidi oldu. Dost Suriya xalqı böyük fədakarlıqlar göstərib”, – paylaşımda vurğulanıb.

Bildirilib ki, bu gün Suriya xalqı bütün sahələrdə vətənlərini bərpa etmək üçün səylə çalışır: “Onların əzmi və səyləri, dağıntılar altından qalxaraq unikal nailiyyətlər əldə edəcək bir dövlət qurmaq qabiliyyətlərini dünyaya nümayiş etdirir. Azərbaycan Respublikası azad edilmiş ərazilərdə davam edən yenidənqurma və bərpa prosesi zamanı qazandığı bütün təcrübələri bölüşməyə hazırlaşır”.

Qeyd edək ki, bu gün Bəşər Əsədin devrilməsindən bir il ötür.

Loading

Next Post

DTX tərəfindən saxlanılan Məmməd İbrahim barəsində qərar qüvvədə saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb. Qeyd edək […]