Paris-2024: Sablyaçımız növbəti mərhələyə vəsiqə qazanıb

Oxunma vaxtı:18 Saniyə

Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.

Təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb.

Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. A.Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.(Report)

Loading

Next Post

Sabah Türkiyə-Ermənistan sərhədində görüş olacaq - KİV

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-u Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər. Bu barədə türkiyəli teleaparıcı Sena Alkan  X sosial şəbəkəsindəki hesabında bildirib. O, görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını qeyd edib. Hazırda İrəvan və […]