Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istədi

Oxunma vaxtı:37 Saniyə

Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı zamanı Azərbaycana qarşı yerli “France 2” telekanalının şərhçiləri tərəfindən işlədilən ifadələrə görə üzr istəyib.

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Beynəlxalq qurum nazirliyin göndərdiyi etiraz cavab məktubu göndərib.  

Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan “France 2” telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik.

Loading

Next Post

Trampla Harrisin debatı bu tarixdə olacaq

Keçmiş amerikalı lider və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin vitse-prezidenti və seçkilərdəki rəqibi Kamala Harrislə sentyabrın 4-ü debatın aparılması barədə “Fox News” telekanalı ilə razılıq əldə edib. Bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb. Görüşün Pensilvaniya ştatında keçiriləcəyi gözlənilir, dəqiq yer və saat daha sonra […]