Qeydiyyat bu gün başa çatır

Oxunma vaxtı:17 Saniyə

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat bu gün saat 11:00-da başa çatacaq.

Bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron formada həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Loading

Next Post

Qazaxıstan daşqınlarla mübarizə aparır - Video

Xəbər verdiyimiz kimi, Qazaxıstan temperaturun artması səbəbindən qarın əriməsi nəticəsində baş verən daşqınlarla mübarizə aparır. Dogrusoztv.az Qazaxıstan mediasına istinadən məlumatına görə, hazırda Ural çayında suyun səviyyəsi 7 metrə çatıb. Bununla belə, çayda suyun səviyyəsinin 9 metrə çatacağı gözlənilir.  Ölkə rəsmilərinin məlumatına görə, su altında qalan ərazilərdən 72 284 nəfər təxliyə […]