Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında olub (FOTO)

Oxunma vaxtı:30 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub.

doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ümummilli liderin burada ucaldılan heykəli önünə əklil qoyulub.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər sentyabrın 12-də başa çatacaq.

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında olub (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sahibə Qafarova: Azərbaycanla Türkiyə arasındakı birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin sentyabrın 10-dan Türkiyədə rəsmi səfəri davam edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar. Həmin gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq […]