Türkiyə Prezidenti İğdır-Naxçıvan qaz kəməri ilə bağlı yeni qərar verib

Oxunma vaxtı:28 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəməri layihəsinin reallaşması üçün kommunikasiya xətləri və digər işlərin görülməsi barədə qərar verib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin rəsmi mətbuat orqanında dərc olunan qərar əsasən bu işlər TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinə tapşırılıb.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.

İki ölkə arasında Anlaşma Memorandumuna əsasən İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistana fəlakət vəd edir - Hulusi Kılıç

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması erməni quldur dəstələrinin Azərbaycan tərəfinə silahlı hücumları ilə eyni mahiyyətli bir hərəkətdir. Hər iki hal 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və bütün bunlara görə baş verəcək xoşagəlməz hadisələrə […]