Şəhid jurnalist son mənzilə yola salınır – FOTO

Oxunma vaxtı:32 Saniyə

Kəlbəcərdə minaya düşərək həlak olan Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun dəfn mərasimi başlayıb.

Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, vida mərasimi yaşadığı Binəqədi rayonunda Məhərrəm İbrahimovun evində keçirilib. Şəhid jurnalist Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində dövlət rəsmiləri, vətəndaşlar və mərhumun yaxınları iştirak edirlər.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Məqaləyə dair fotomateriallar:

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sirac Abışovla vida mərasimi - FOTO

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilib. Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, vida mərasimi vida mərasimi Sirac Abışovun yaşadığı evdə – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilib. Vida mərasimində dövlət rəsmiləri, vətəndaşlar, mərhumun yaxınları iştirak edirlər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin […]